Soydaşlarımız "Sarvan El bayramı"nı qeyd ediblər

image

Gürcüstanda yaşayan soydaşlarımız hər il ənənəvi olaraq avqustun 1-də qeyd  etdikləri Sarvan el bayramını bu il yenidən təşkil ediblər.

 Bu bayramın təşkil olunmasında əsas məqsəd xalqımızın qədimdən gələn adət-ənənələrini yaşatmaq, onu gənc nəsilə ötürmək, ümumilikdə Gürcüstan türklərinin həyat tərzini canlandırmaqla öz milli kimliyini də qoruyub saxlamaqdır.

Zalqa bələdiyyəsi ərazisində yerləşən Sarvan dağlarında keçirilən bu ilki el bayramında Marneuli meri Kənan Ömərov, parlamentin üzvü Zaur Darğallı, bələdiyyə məclisinin sədri Amiran Qiorqadze, eləcə də Marneuli, Bolnisi, Dmanisi, Qardabani və digər bölgələrdə yaşayan soydaşlarımız iştirak ediblər.

Milli adət-ənənələrin, musiqinin və rəqslərin təbliğ olunduğu bu bayramda xalqımızın qədimdən gələn at yarışları ənənəsi də maraqla qarşılanıb.

 

Soydas.az

Paylaş:

Xəbər lenti